Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sülhməramlılar PANİKADA: “Həkəri çayı üzərindəki körpü…” – FOTO

39 Baxış

“Rusiyanın sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. 2023-cü il aprelin 23-də Azərbaycan tərəfi birtərəfli və razılaşdırılmamış hərəkətlər nəticəsində Rusiya sülhməramlı kontingentinin 1 saylı müşahidə məntəqəsi (Həkəri çayı üzərindəki körpü) ərazisində Laçın dəhlizi ilə nəqliyyatın hərəkətini kəsib. Sülhməramlı kontingentin komandanlığı Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Ağdərədə atəşkəs rejiminin pozulması faktı qeydə alınıb. Ölən və yaralananlar olmayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı bu faktı araşdırır. Ağdərə, Xocavənd rayonları və Laçın dəhlizində üç marşrut xətti üzrə patrul xidməti həyata keçirilib. Rusiya sülhməramlı kontingentinin avtomobil karvanı Xankəndiyə humanitar yük çatdırıb. Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu məlumatın orijinalında Azərbaycanın toponim iradlarına məhəl qoyulmayıb.

Yuxarıda dırnağa aldığımız mətnin ilk cümləsindəki Qarabağı ruslar “Dağlıq Qarabağ” kimi qeyd ediblər. Bununla da Kreml imperialist sima yazmayacam, sifətini gizlədə bilməyib. SSRİ 32 ildir ki, süquta uğrayıb və parçalanıb. İttifaqın yenidən bərpası isə elə bu xəyallarla ölən Jirinovskinin xortlamağı kimi realdır. Daha doğrusu, torpağa, ya da tarixə gömülüb. İkinci cümlədə Rusiya Azərbaycanı birtərəfli, razılaşdırılmamış qərar verib yolu kəsməkdə günahlandırmış şəklində informasiya yayıb. Hər halda Azərbaycanın ölkə daxilində istənilən yolu kəsməyə haqqı var. İndi Həkəri çayının bir hissəsi Laçına düşür deyə Moskvanın “pritenziya” hüququ varmı? Yox, çünki onların xidmət arealına Laçın yox, həmin rayondan Xankəndiyə gedən yol daxildir.

Ağdərədəki atışmaya gəlincə, adətən sülhməramlılar atəşkəs pozmaqda azərbaycanlıları günahlandırırlar. Lap təxribatçı Arayikin böhtanlarına oxşadı. Yazının orijinalında ruslar Ağdərəni Mardakert olaraq qeyd ediblər. Diqqətlə oxuyanda həmin yazının Rusiyanın müdafiə nazirliyində yox, sanki “artsakhpress.am” saytında bölüşüldüyü təəssüratı yaradır. Ruslar separatçı, “miatsum”çu ermənilər kimi Xocavəndi də Martuni olaraq tanıyırlar.

Rusiyanın Bakıya qarşı xox “xod”unu yüksəltmək istəyi sezilməkdədir. Çünki Laçında yeni sərhəd-buraxılış məntəqəsinin açılışı Rusiyanın oradakı fəaliyyətini məhdudlaşdırır, hətta lazımsızlaşdırır.

 

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678