“Lavrovun BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi ikiüzlülükdür”

8 Baxış

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasına sədrliyini “ikiüzlülük və demokratiyanın alçaldılması” adlandırıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Podolyak bu barədə sosial media hesabında yazıb.

Podolyak Lavrovun BMT TŞ-yə sədrliyini “riyakarlıq” kimi qiymətləndirib.

“Lavrov BMT Təhlükəsizlik Şurasına sədrlik edir, müharibəni, qırğınları və dağıntıları qanuniləşdirir”, – müşavir bildirib.

Qeyd edək ki, aprelin 1-də Rusiya BMT Təhlükəsizlik Şurasına sədrliyi ələ alıb, aprelin 24-25-də isə Lavrov BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edib