Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Separatçılar “üçtərəfli görüş” istəyir – rədd ediləcək

36 Baxış

Separatçıların lideri Araik Arutyunyan müqavimət güclərinin azaldığını anlayır. Onun yeni hiyləsi Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın hökumət təmsilçiləri ilə növbəti dəfə Xocalıda görüşün təşkilidir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün separatçı dəstənin “dövlət naziri” Qurgen Nersisyanın Rusiyanın vasitəçiliyi ilə “dialoq” çağırışı haqda qeyd edib.

Politoloqun sözlərinə görə, Arutyunyan Qurgen Nersisyanı qabağa verib:

“Separatçı dəstənin “dövlət naziri” Azərbaycan hökumətinin təmsilçiləri ilə görüşmək istədiklərini açıqlayıb. Görüş istəsələr də, azərbaycanlılarla üzbəüz qalmaqdan qorxurlar, tələb edirlər ki, masada ya Rusiya, ya da hansısa qeyri-müəyyən üçüncü tərəf otursun. Bu, Azərbaycanın maraqlarına cavab vermir. Üçüncü tərəfin iştirakıyla görüşə razılaşmaq məsələni beynəlliləşdirmək deməkdir. Havalar soyumağa başladıqca vəziyyətləri daha da ağırlaşacaq və onda vasitəçisiz görüşməkdən başqa alternativləri qalmayacaq, ya da sürətlə Qarabağı boşaltmağa başlayacaqlar”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678