Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan işini bitirmək əzmindədir – Sarıkaya

27 Baxış

44 günlük Vətən müharibəsinin 3-cü ilinin tamam olmasına 8 gün qalmış Azərbaycan “terrorizmlə mübarizə” yanaşması ilə Qarabağda rus sülhməramlılarının müvəqqəti məsuliyyət bölgəsində lokal antiterror tədbirinə başladı.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Giresun Universitetinin professoru Yalçın Sarıkaya qeyd edib.

“Dövlətlərin həyatında 3 il bir neçə dəqiqə kimidir. Əsas olan doğru zamanda lazımi addımı atmaqdır. Bölgədən müsbət xəbərlər alırıq. Dövlət yarımçıq qalan işi tamamlamaqda qətiyyətlidir”, – professor qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə bu gün başlayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678