Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin Xəlifə Haftarla görüşdü

32 Baxış

Rusiya prezidenti Vladimir Putin Moskvada Liviya Milli Ordusunun baş komandanı Xəlifə Haftar ilə görüşüb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə RIA agentliyi məlumat yayıb.

Görüşdə Liviya və bütövlükdə regiondakı vəziyyət müzakirə edilib.“Bəli, biz belə bir görüşün faktını təsdiq edirik. Həqiqətən də Haftarla görüş olub. Liviyadakı və bütövlükdə regiondakı vəziyyət müzakirə edilib”, – Kremlin sözçüsü Dmitri Peskov məlumatı təsdiqləyib.

Liviya Milli Ordusunun mətbuat xidmətinin məlumatına görə, Xəlifə Haftar Rusiyaya sentyabrın 26-da gəlib. O, müdafiə naziri Sergey Şoyqu ilə görüşüb, Moskva Katedral Məscidini ziyarət edib, burada Müsəlmanların Ruhani İdarəsinin sədri Ravil Qaynutdin, Rusiya Federasiyası müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ilə görüş keçirib.

Yunus-Bek Yevkurov bu yaxınlarda iki dəfə Liviyanın şərqinə səfər edib. Avqust ayında o, XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı və Ordu-2023 hərbi-texniki forumunda Rusiya-Liviya danışıqları zamanı əldə olunan razılaşmaların inkişafı çərçivəsində Xəlifə Haftarın dəvəti ilə Benqaziyə səfər edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678