Bunun üçün Azərbaycanla əməkdaşlıq vacibdir – Ərdoğan
12 Baxış

Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədov ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, üç ölkə bu əməkdaşlıq vasitəsilə enerji təhlükəsizliyinə töhfə verəcək:
“Türkmənistan enerji ehtiyatlarına görə regionumuzun və dünyanın qabaqcıl ölkələri sırasındadır. Türkmənistan təbii qazının Türkiyə üzərindən dünya bazarlarına tədarükü strateji dəyər qazanıb. Türkmənistan da, Azərbaycan da bu prosesə daxildir”.