Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sunak Netanyahu və Abbasla danışdı

31 Baxış

Böyük Britaniya Baş naziri Rişi Sunak israilli həmkarı Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytı məlumat yayıb.

Qeyd olunub ki, Sunak Netanyahu ilə telefon danışığında Qəzzaya humanitar yardım axınının sürətlə artırılmasının vacibliyini vurğulayıb.

Sunak həmçinin, Böyük Britaniyanın girovların təhlükəsiz qaytarılmasının təmin edilməsinə diqqət yetirdiyini vurğulayıb.

Mahmud Abbasla söhbətində Sunak bildirib ki, Böyük Britaniya Fələstin xalqını qorumaq, daha da gərginləşmənin qarşısını almaq və böhranın sülh yolu ilə və davamlı həllini təmin etmək üçün diplomatik səyləri dəstəkləməyə davam edəcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678