Putinin müfti ilə salamlaşması gündəm oldu

8 Baxış

Rusiya Prezidenti Vladimir Putin İctimai Palatanın üzvləri ilə görüşü zamanı Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, müfti Albir Krqanovu “Əleykum salam” sözləri ilə salamlayıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, görüş Kremlin Teleqram kanalında yayımlanıb.

“Hörmətli Vladimir Vladimiroviç, salam aleykum”, – deyə müfti dövlət başçısına müraciət edib.

Buna cavab olaraq, Putin mikrofonu götürərək din xadimini salamlayıb.

“Əleykum salam”,- deyə prezident təbəssümlə bildirib.