Bütöv Azərbaycan “problemi” yaranacaq – Tarasov

Qərb mübarizəyə girməyə hazır deyil, İrəvandan öz maraqları üçün istifadə edə biliblər, amma görünən odur ki, Qərb regionda hərbi mövcudluğunu təmin etmək istəyir.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləru rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov deyib.
O bildirib ki, müəyyən konseptual səhvlərə yol verilib və indi Rusiya neytral məsafə saxlamaq siyasəti aparır:
“Əgər əvvəllər Ermənistanın dövlətçiliyinin qorunub saxlanması uğrunda mübarizə aparırdısa, indi problem bu üçlüyün – Azərbaycan, Ermənistan, Gürcüstan – dövlətçiliyini qoruyub saxlamaqdır. Çünki İranda vəziyyət qarışsa, İran azərbaycanlılarının Böyük Azərbaycan problemi yaranacaq”.
Tarasov iddia edib ki, İndi HƏMAS və İsrail arasında qarşıdurma ilə bağlı böyük dəyişiklik başlayır:
“Hər şey hadisələrin ssenarisindən asılıdır. Əgər onlar Böyük Yaxın Şərq yaratmaq ssenarisində inkişaf etsələr, 2-3 ildən sonra o sunami Qafqaza da çatacaq”.
Tarasovun fikrincə, Qafqaz Rusiyasız olmağın nə demək olduğunu tezliklə başa düşəcək:
“Yəqin ki, 3 dövlətdən biri yox olacaq”.