Bakı ilə İrəvanı müqayisə etdi – ermənilər qəzəbləndi

8 Baxış

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanla Ermənistanı iqtisadi baxımdan müqayisə edib.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, o, Azərbaycanın indiki şəraitdə böyük iqtisadi potensiala malik olduğunu bildirib.

“İqtisadi potensial – gəlin müqayisə edək: Azərbaycanın 10 milyon əhalisi var, Ermənistanın isə deyirlər ki, üç milyondur. Amma biz dəqiq bilirik ki, belə deyil – Ermənistanda maksimum 2 milyon insan var. Azərbaycan iqtisadi və maliyyə baxımından əhəmiyyətli üstünlüyə malikdir”, – Patruşev Rusiya Forumu çərçivəsində keçirilən “Bilik” cəmiyyətinin marafonunda deyib.

Qeyd edək ki, ermənilər bu müqayisəni Ermənistanın aşağılanması kimi qəbul ediblər.