Bayden həyat yoldaşını Meksika liderinə qısqandığını etiraf edib
7 Baxış

ABŞ Prezidenti Co Bayden meksikalı həmkarı Andres Manuel Lopez Obradorla görüşü zamanı həyat yoldaşı Cilin Latın Amerikası ölkəsinin liderini bəyəndiyini etiraf edib.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
“Dünən axşam nahar etdik. Sən mənim həyat yoldaşımın yanında oturmusan və o qədər cazibədar idin ki, onun səni məndən çox bəyənməsindən narahat oldum”, deyə Bayden zarafat edib.
Cavabında Meksika lideri nəzakətlə gülümsəyib və bu açıqlamaya münasibət bildirməyib.