Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”

144 Baxış

Baş verənlərdən sonra deyə bilərik ki, ATƏT-in Minsk Qrupu mövcud formatda ola bilməz.

Bunu Media.az-a açıqlamasında  ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

O, Fransa Senatının sadəcə mənasız olan qətnaməsindən heç bəhs etmək belə istəmədiyini  deyərək, Parisin ümumiyyətlə bir tərəfə – Ermənistana tam dəstək göstərdiyini vurğulayıb.

“Fransa sadəcə olaraq ATƏT-in Minsk Qrupunun həmsədri, yəni vasitəçisi ola bilməz”, – deyə politoloq əlavə edib.

ABŞ-a gəlincə isə M.Brayza bildirib ki, ölkə prezidentinin bu payıza qədər Qarabağ münaqişəsi barədə məlumatlı olmasına inanmır:

“ABŞ iyul döyüşlərindən sonra nizamlanmada heç bir rol oynamadı. Siyasi boşluq yarandı. Bu, xüsusən İkinci Qarabağ müharibəsinin sonunda, siyasi bir razılaşma masada olduğu zaman nəzərə çarpdı. Sülhməramlılara ehtiyac var idi, bu göz qabağındadır. ABŞ və Fransa həmişə Rusiya sülhməramlılarına qarşı olublar (Gürcüstan və Moldova təcrübəsini xatırlayırıq). Ancaq Qarabağ münaqişəsindən danışırıqsa, yalnız Rusiya onları təqdim etməyə hazır idi”, – deyə sabiq səfir bildirib.

Bununla yanaşı o, Türkiyə amilini də xatırladıb.

“NATO-nun ikinci böyük ordusunun kontingenti indi Rusiya ilə imzalanan müqaviləyə əsasən Azərbaycanda görünəcək. Moskva və İrəvan hər zaman bunun əleyhinə olub, lakin indi Türkiyə qoşunları Azərbaycanda olacaq və onlar sabitləşdirici qüvvədir. Yeni bir geosiyasi vektor yaradılır. Və bu çox maraqlıdır”, – deyə Metyu Brayza vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678