Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyalı politoloq: “Bu cür heyətlə müharibədə yalnız uduzmaq olar”

130 Baxış

Ermənistan Azərbaycanla informasiya müharibəsində məğlub oldu. Həm də bu, 2020-ci ilin sentyabr və ya oktyabr aylarında Qarabağdakı münaqişənin qızğın mərhələsində deyil, daha əvvəl – 2018-ci ilin mayında baş verib.

Bu sözləri rusiyalı politoloq, publisist Armen Qasparyan TASS-a açıqlamasında deyib.

Qasparyanın sözlərinə görə, hakimiyyətə gəldikdə, Ermənistanın baş naziri Nikol Paşinyan və komandası informasiya təhlükəsizliyi də daxil olmaqla “mümkün olan hər şeyi məhv etməyə başladılar”:

“Qarabağdakı müharibə zamanı şərti olaraq hər səkkiz Azərbaycan xəbərlərinə Ermənistan mətbuatı cəmi iki xəbərlə qarşılıq verə bilirdi.

Hərbi əməliyyatlar zamanı Ermənistan hakimiyyəti hərbi senzura kimi vacib informasiya qarşıdurması alətindən belə istifadə etməyib”.

Eyni zamanda, Qasparyan günahı bir nəfərin üzərinə atmaq cəhdlərini təhlükəli hesab edir.

Onun sözlərinə görə, bu gün müxalifət blokunu və informasiya gündəmini dolduran bir çox qüvvələr bir zamanlar mövcud vəziyyətə gətirib çıxaran qərarları alqışlayıblar. Onlar insanların zəif yaddaşa sahib olduğunu düşünürlərsə, çox səhv edirlər.

“Bağışlayın, amma bu cür heyətlə müharibədə yalnız uduzmaq olar. Ümumiyyətlə, mənə elə gəlir ki, Ermənistanda onlar tam olaraq nə baş verdiyini başa düşmürlər.

Bu, hərbi məğlubiyyət deyil, milli təhqirdir, bunda çoxları günahkardır”, – deyə o qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678