Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polad Bülbüloğlu: “Azərbaycan və bütün region üçün yeni səhifə başlayır”

134 Baxış

“Azərbaycan əsgərləri uzun illər işğal altında olan torpaqları azad etdilər və bununla da bu gün təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni səhifə başlayır”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən biznes forumda çıxışı zamanı deyib.

“Prezidentimiz İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu bütün region üçün geniş fürsət pəncərəsi yaradır. Qonşularımız müdriklik edib normal qarşılıqlı əlaqə yolunu tutarsa, bu bütün bölgə üçün faydalı olacaq”, – səfir bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678