Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ömər Çelik: “Fransa parlamentinin Dağlıq Qarabağ qərarı hökmsüzdür”

125 Baxış

“Fransa parlamentinin Dağlıq Qarabağ qərarı hökmsüzdür”.

“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.

“Fransa bitərəfliyini itirmiş olur. Fransanın hüquq təməlində üzləşməsi lazımdır. Fransadan bu günə qədər Ermənistanın işğal etdiyi bölgələrdən çıxmasının lazım olduğunu ifadə edən bir açıqlama eşitmədik.

Makron Türkiyəyə qarşı bəzi dövlətləri qızışdırmağa çalışır. Bu son dərəcə radikal bir yanaşmadır. Fransanın məqbul bir münasibət qurması lazımdır. Türkiyəyə qarşı blok yaratmağa cəhd edirlər. Şərqi Aralıq bölgəsində də eynisini edirlər. Köklü bir dövlətə yaraşmır. Fransa baxımından Türkiyəyə qarşı olmaq doğru yanaşma deyil”, – deyə Ö.Çelik bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678