Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğandan Bakı səfəri öncəsi Azərbaycanla bağlı AÇIQLAMA – VİDEO

127 Baxış

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. O, Bakı səfərindən əvvəl hava limanında mətbuat konfransı keçirir.

Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər çərçivəsində Bakıya gedir:

“Ermənistanın başlatdığı hücumlardan sonra şanlı Azərbaycan ordusu işğal altındakı Qarabağdakı torpaqlarını qorumaq üçün uğurla mübarizə apardı. Prezident Əliyevin güclü rəhbərliyi və Azərbaycan ordusunun qəhrəmanlığı bu uğura çatmaqda əsas amillərdir.

Ermənilərin mülki əhalini hədəf alan xain hücumlarına baxmayaraq, Azərbaycan ədalətli mübarizəsini kölgədə qoymadı. 44 gün davam edən çətin mübarizələrin sonuna həmd olsun, bu gün ulduz və hilal Qarabağ səmalarında qürurla dalğalanır.

30 illik haqsızlığa son qoymağın sevinci yaşanır. İlk gündən etibarən əlimizdə olan bütün vasitələrlə azərbaycanlı qardaşlarımızın ədalətli mübarizəsini dəstəklədik”.

Türkiyə lideri bildirib ki, sabah Bakıda keçiriləcək qələbə mərasimlərinə qatılaraq, Azərbaycan xalqının sevincinə şərik olacaq.

“Azərbaycanın qələbəsi əməkdaşlığımızın daha da inkişafına zəmin yaratdı. Yenidənqurma işində azərbaycanlı qardaşlarımızın yanında olacağıq”, – Ərdoğan qeyd edib.

O, epidemiyaya qarşı birgə səylərin də nəzərdən keçiriləcəyini vurğulayıb.

Azerbaycan Ziyareti Öncesi Basın Toplantısı https://t.co/iNJDUAsBed

— Recep Tayyip Erdoğan (@RTErdogan) December 9, 2020


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678