Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazaxıstanın ölkəmizdəki səfiri Azərbaycan xalqını təbrik edib

123 Baxış

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdukərimov Azərbaycan xalqını təbrik edib. 

“Mən bütün Azərbaycan xalqınının bu sevincli günü, Vətən Müharibəsində qazandığı möhtəşəm Zəfər münasibəti ilə qardaş qazax xalqı adından təbrik edirəm, xalqımın səmimi arzularını sizə çatdırıram. Azərbaycan tarixi ədaləti və çoxdan gözlədiyimiz ərazi bütövlüyünü bərpa etdi. Biz hamımız bu şərəfli və parlaq uğurun şahidi olduq.

Biz hamımız başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan qələbənin şahidi olduq. Onun taktiki gedişləri, effektiv strategiyası, dəmir iradəsi və xalqın yenilməz qüruru ilə bu qələbə qazanıldı. Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa, BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı qətnamələrə uyğun olaraq öz ərazi bütövlüyünü təmin etdi. Mən bu Zəfər günündə Vətən müharibəsində canlarını qurban verən şəhidlərin ailələrinə başsağlığı verir, döyüşlərdə yaralananlara isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram”, – deyə təbrikdə bildirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678