Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ceyhun Bayramov qırğız həmkarı ilə Qarabağla bağlı bəyanatı müzakirə etdi

117 Baxış

2020-ci ilin 29 dekabr tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğız xarici işlər naziri Ruslan Kazakbaev arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası və bölgədə mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Ruslan Kazakbaev tərəfindən beynəlxalq hüququn bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar məmnunluq ifadə edilib.

Nazirlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678