Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çavuşoğludan Qarabağla bağlı VACİB AÇIQLAMA

111 Baxış

“Qarabağda atəşkəs elan edilib. Rusiya sülhməramlı missiyası oradadır. Birgə müşahidə mərkəzimiz də qurulur”.

“Hürriyet”in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

“Məqsədimiz davamlı sülh və sabitlikdir. Altıtərəfli format da daxil olmaqla, bütün imkanlarımızı səfərbər etməliyik. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan olaraq münasibətlərimizi normallaşdıra bilərik.

Burada Rusiya ilə əməkdaşlığımız önəm kəsb edir. Elə bir nəticə görmək istəyirik ki, hazırda orada sülhü qurmaq və müşahidə etmək üçün yaratdığımız missiyalara qarşıdakı dövrlərdə ehtiyac qalmasın”, – deyə M.Çavuşoğlu bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678