Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zakir Həsənov türkiyəli hərbçilərlə görüşdə: “Qardaşlarımızı burada gördüyüm üçün çox xoşbəxtəm”

142 Baxış

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Türkiyəli həmkarı Hulusi Akarla birgə Qarabağda atəşkəsə nəzarət edəcək Ortaq Mərkəzdə fəaliyyət göstərəcək Türkiyəli əsgərlərlə görüşüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin saytında qeyd edilir.

Z.Həsənov çıxışına belə başlayıb:

“Bu gün qardaşlarımızı burada gördüyüm üçün çox xoşbəxtəm”.

O, qeyd edib ki, Türkiyə və Azərbaycan arasındakı birlik və həmrəylik əlaqələri var:

“Türkiyə hər zaman bizim tərəfimizdə olub. Türkiyə prezidenti, müdafiə naziri və digər rəsmilər hər zaman Azərbaycana dəstək nümayiş etdiriblər”.

O, Azadlıq Meydanında təşkil olunan paradda Türkiyənin böyük dəstəyinə görə bir daha təşəkkür edib.

Nazir deyib ki, bu, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanın ordu heyəti ilə çiyin-çiyinə keçidini xatırladıb:

“O tarixi gündə Azərbaycanın bütün şəhərləri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədildi”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678