Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sahibə Qafarova baş katiblə müzakirələr apardı

139 Baxış

Milli Məclisin sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyevanın təmsil olunduqları nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Milli Məclisin mətbuat xidmətinin məlumatında bildirilir.

“Türkdilli dövlətlər arasında əməkdaşlığı təşviq etmək məqsədi ilə yaradılmış Türk Şurası qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində məqsədyönlü və uğurlu addımlar atır”,-deyə S.Qafarova bildirib.

Bildirilib ki, bu gün ölkələrimizin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşıb:

“Dövlət başçılarımızın siyasi iradəsi, ortaq köklərimizə sərgilədikləri hörmət və qayğı yüksək təqdirəlayiq olmaqla yanaşı, hər kəs üçün örnək təşkil edir.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ordusu öz zəfəri ilə münaqişənin həllinə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan hüquqi sənədlərin, o cümlədən, BMT-nin müvafiq qətnamələrinin icrasını həyata keçirdi, ölkəmizin ərazi bütövlüyünü təmin edib. Sahibə Qafarova Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyə görə Türk Şurasının Baş katibinə təşəkkür edib.

Bildirilib ki, bu qurum təkcə türk dövlətlərini bir araya gətirməklə kifayətlənmir, həmçinin digər dövlətlər və regionlar arasında da körpü rolunu oynamağı hədəfləyir.

Qeyd olunub ki, Milli Məclis qanunverici orqan olaraq, bundan sonra da Şura çərçivəsində inteqrasiya proseslərinin daha da dərinləşməsinə dəstək verəcək.

Spiker ötən ilin aprelində Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Şuranın fövqəladə iclasını xatırlayaraq, qurumun koronavirusa qarşı mübarizə işinə də töhfə verdiyini söyləyib.

Görüşdə səmimi qəbul üçün nümayəndə heyəti adından minnətdarlığını bildirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə münasibəti ilə Milli Məclisin sədrini və xalqımızı təbrik edib. Bu uğuru bütün Türk dünyasını birləşdirən zəfər kimi dəyərləndirib.

Qonaq ölkəmizə səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Ağdam və Füzuli bölgələrində erməni işğalçıları tərəfindən törədilmiş vandalizmin şahidi olduqlarını söyləyib. O, işğaldan azad olunmuş ərazilərin bərpasında Türk Şurasının da iştirak etmək niyyətində olduğunu bildirib.

Qonaq təmsil etdiyi təşkilatın bundan sonra da türkdilli xalqlar naminə beynəlxalq müstəvidə fəaliyyətini daha da genişləndirəcəyini deyib. Vurğulanıb ki, bu gün 10-dan çox dövlət Türk Şurası ilə daha yaxından əməkdaşlıq etmək niyyətindədir.

Görüşdə həmçinin Türk dünyasını təmsil edən təşkilatlarla əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678