Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalandı

111 Baxış

Yanvarın 16-da Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalanıb.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Sənəd üç ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət müvafiq İşçi Qrupun videokonfrans formatında görüşü zamanı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Əfqanıstan Mərkəzi Bankının sədri vəzifəsini icra edən Əcmal Əhmədi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bayramgeldi Ovezov tərəfindən imzalanıb.

Görüşdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin 2020-ci il iyulun 2-də videokonfrans vasitəsilə keçirilmiş görüşü zamanı Azərbaycanın dövlət başçısının irəli sürdüyü təşəbbüsə əsasən Azərbaycan tərəfindən üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin hazırlandığını qeyd edib. Layihənin razılaşdırılması məqsədilə müvafiq İşçi Qrupun və hər sahə üzrə müvafiq alt qrupların yaradıldığı, intensiv və məhsuldar müzakirələrin aparıldığı, silsilə tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Görüşdə Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678