Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat: “BMT-nin öz nizamnaməsini yerinə yetirə bilməməsinə dair fikirlər artıq öz təsdiqini tapır”

150 Baxış

“30 il davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 1995-ci ildən sonra ilk dəfə olaraq Dağlıq Qarabağda başlanılan Vətən Müharibəsinin ikinci günü, yəni sentyabr ayının 29-da Estoniya və Almaniya dövlətlərinin təklifləri əsasında mövcud hərbi vəziyyətlə bağlı məsələyə baxılıb və hər hansı bir yekun sənəd səsləndirilməyib”.

Bunu Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, Azərbaycanın müzəffər Ordusu tərəfindən Dağlıq Qarabağ ətrafında yerləşən rayonlarımız (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) işğaldan azad olunmuş, orada olan terror qruplaşmaları və Ermənistanın silahlı qüvvələrinə aid hərbi texnika məhv edilib:

“ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri humanitar atəşkəsin imzalanmasına dair birgə bəyanat səsləndirdikdən sonra Rusiya və Fransanın təklifləri əsasında 19 oktyabrda BMT TŞ bir daha münaqişənin həlli ilə bağlı müzakirə keçirmiş və bəyanat hazırlayıb.

Lakin təəssüflə qeyd olunmalıdır ki, dünyadakı siyasi riyakarlıq və ikili standartlar burada da özünü göstərib və 1993-cü ildə münaqişənin ədalətli həlli istiqamətində qəbul olunan məlum dörd qətnaməyə heç bir istinad olunmayıb.

Yalnız BMT TŞ-nın digər qeyri-daimi üzvləri və Qoşulmama Hərakatının üzv dövlətlərinin BMT-dən fərqli israrlı və prinsipial mövqeyindən sonra bəyanat qəbul olunmamış və rəsmən geri götürülüb.

Bununla da həmin dövlətlər BMT nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nın qətnamələrinə, Bandunq prinsiplərinə – dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, qarşılıqlı mənafelərin qorunması və sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi, Qoşumama Hərakatının sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdiriblər.  

Beləliklə, BMT-nin öz nizamnaməsini yerinə yetirə bilməməsinə dair fikirlər artıq öz təsdiqini tapır. BMT dünyada söz və nüfuz sahibi olan böyük dövlətlərin əlində təsir mexanizmli bir təşkilata çevrilməklə, 2020-ci ildə demək olar ki, olan qalan nüfuzunu da məhv etmiş oldu.

ATƏT-in Minsk Qrupunun həmsədr institutu isə artıq ədalətli qərarlar qəbul etmək şansını tamamilə itirib. BMT TŞ-nın bu biabırçı vəziyyətdən çıxmasına yuxarıda qeyd olunduğu kimi, Qoşulmama Hərakatının üzv dövlətləri kömək etməyə çalışır və hesab edirəm ki, Təhlükəsizlik Şurasının oktyabrın 19-da keçirilən iclasında nümayiş etdirdiyi ikili standartlara söykənən siyasi oyunbazlıq bütün dünya üçün ibrət olmalıdır”.

Deputat qeyd edib ki, bu gün Azərbaycan BMT TŞ-nın qətnamələrini yerinə yetirən nümunəvi üzv dövlətdir. Eyni zamanda Azərbaycan son iki il müddətində Qoşulmama Hərakatına şərəflə, ləyaqətlə rəhbərlik etməkdədir:

“Ölkəmiz Qoşulmama Hərakatının prinsiplərinə uyğun qəbul olunmuş bütün qərarların icrasına nəzarət edərək, dünyada haqqın, ədalətin bərqərar olunması üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcək.

Bütün Azərbaycan xalqı, başda Ali Baş Komandan olmaqla sona qədər, suverenliyimiz bərpa olunana qədər öz haqq-ədalət mübarizəsini aparacaq, heç vaxt bu yoldan dönməyəcək. Nə qədər ki, gec deyil dünya dövlətlərini BMT-nin sülhün, əmin-amanlığın qorunması prinsiplərinə sadiq qalması, haqqın, ədalətin bərqərar olunması üçün BMT-yə təsir etməyə çağırıram”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678