Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çavuşoğlu Cavad Zəriflə birgə brifinqdə: “Azərbaycanla üçtərəfli mexanizmlərimiz var”

138 Baxış

“Cənubi Qafqazda atəşkəs mövcuddur və bunun davamlı olmasını istəyirik”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

“Sadəcə istəmək bəs etməz, fayda vermək də gərəkdir. Cənubi Qafqazla bağlı əməkdaşlıq planlaşdırırıq. Qardaşım Cavad Zərif buraya gəlməzdən əvvəl digər ölkələri də ziyarət etdi. Cənubi Qafqazda 3+3 formatında əməkdaşlıq planlaşdırırıq. Cənubi Qafqazda sülh və tərəqqi hər kəsin xeyrinədir. Bu əməkdaşlıqdan ən çox Ermənistan və erməni xalqı faydalanacaq. Ermənistanın bu istiqamətdə konstruktiv addımlar atmasını gözləyirik”, – deyə M.Çavuşoğlu qeyd edib.

Türkiyə XİN rəhbəri həmçinin İranla birlikdə planlaşdırılan toplantılar barədə də danışıb.

“İkitərəfli səfərlərimiz olacaq. Astana formatında üçtərəfli zirvə Tehranda olacaq. Azərbaycanla üçtərəfli mexanizmlərimiz var. Bu toplantılar üçün hazırlıqları da bu gün başlatdıq. Fikir mübadiləsi apardıq. Suriyadakı son vəziyyət, eyni zamanda İraq, Körfəz və xüsusən də Cənubi Qafqazdakı hadisələri müzakirə etdik”, – deyə M.Çavuşoğlu bildirib.

İran XİN rəhbəri isə öz növbəsində Tehran və Ankara arasında Qafqaz regionunda əməkdaşlığın bölgə xalqı üçün faydalı olacağını vurğulayıb:

“Türkiyə, Azərbaycan və Rusiya prezidentlərinin təklif etdiyi kimi beş ölkəyə ziyarətə başladım. Əslində, hazırda altı ölkə üçün də zəmin hazırlanıb. Biz bu altı bölgənin inkişafı üçün çalışa, fərqli sahələrdə əməkdaşlıq edə bilərik. Ümid edirik ki, bu məsələ həyata keçər”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678