Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyalı politoloq: “Minsk qrupu İlham Əliyevin gözündə mənəvi nüfuzunu itirib”

119 Baxış

Mütəxəssisləri, siyasətçiləri və diplomatları “ATƏT-in Minsk Qrupu” sehrli ifadəsini dilə gətirməyə məcbur edən müəyyən inersiya var. Onlar sözügedən qurumun bir növ xarici dekorasiyaya çevrildiyini anlamırlar.

Məşhur rusiyalı siyasi icmalçı Serqey Strokan ATƏT-in Minsk qrupunu canlandırmaq cəhdləri barədə Media.Az-a danışarkən belə deyib.

Ekspertin sözlərinə görə, qurum əvvəllər heç olmasa hansısa fəaliyyəti təqlid edirdi:

“Ancaq bu gün iki əsas sənədi – Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar tarixli bəyanatlarını nəzərə alaraq, ATƏT-in Minsk qrupunun necə işləyə biləcəyini təsəvvür etmək çətindir. Bunlar Qarabağ məsələsi üçün bir növ yol xəritəsidir”.

Politoloq bildirib ki, Minsk qrupunun bu sənədlərlə heç bir əlaqəsi yox idi və o, Azərbaycan Prezidenti İlham Əliyevin gözündə mənəvi nüfuzunu itirib.

“Kliniki ölüm vəziyyətində olan bu qurumun necə “oyana biləcəyini” təsəvvür etmək çətindir. Minsk qrupu şansını əldən verdi”, – deyə Strokan sözlərini yekunlaşdırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678