Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qoşulmama Hərəkatında Simulyasiya Məşğələsi – Ceyhun Bayramov çıxış etdi

122 Baxış

Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində 2-5 mart 2021-ci il tarixlərində virtual formatda Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

QH tarixində ilk dəfə baş tutacaq bu tədbirdə iştirak üçün QH üzv dövlətlərindən yüzlərlə gənc müraciət edib. Rəqabətli seçim prosesi nəticəsində 39 QH üzv dövlətini təmsil edən 60 gənc məşğələdə iştirak hüququ qazanıb.

İştirakçılar QH üzv dövlətlərinin yüksək vəzifəli rəsmilərinin rollarını canlandırmaqla COVID-19 pandemiyasından sonrakı dövr üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin tövsiyələrini hazırlayacaqlar.

Tədbirin açılış mərasimində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi Cayatma Vikramanayake çıxış ediblər.

Ceyhun Bayramov iştirakçılara COVID-19-a qarşı mübarizədə Azərbaycan Respublikasının ölkə başçısı adından QH sədri qismində irəli sürülmüş təşəbbüslər barədə məlumat verib.

Nazir, eyni zamanda, COVID-ə qarşı vaksinlərin pandemiyanın sona çatması ilə  bağlı müəyyən ümidlər yaratdığını, lakin vaksinlərin qlobal miqyasda qeyri-bərabər və ədalətsiz bölgüsünün bu istiqamətdə əsas əngəllərdən biri olduğunu vurğulamışdır. Gənclərin post-pandemiya bərpa dövrü ilə bağlı öz yanaşmalarını sərgiləmələrinin əhəmiyyətindən bəhs edən nazir, hazırkı tədbirin bu istiqamətdə olduqca faydalı olacağını bildirmişdir.

BMT Baş katibinin elçisi isə öz çıxışında Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə oynadığı rola xüsusi diqqət çəkib. Pandemiyanın BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin icrasına ciddi əngəllər törətdiyini və gənclərin pandemiyadan sonrakı reabilitasiya dövründə oynayacağı rolun əhəmiyyətini vurğulayıb. Bu xüsusda, BMT nümayəndəsi BMT Baş Katibinin təşəbbüsü ilə irəli sürülmüş BMT-nin Gənclər siyasəti üzrə 2030-cu il Strategiyasından bəhs edib. Sonda BMT elçisi simulyasiya məşğələsinin iştirakçılarına uğurlar arzu edərək simulyasiyada iştirak edən gənclərlə tədbirdən sonra da işləməyə hazır olduğunu bildirib.

Məşğələnin 5 marta qədər davam edəcək növbəti hissələrində iştirakçıların regional bölgü (Latın Amerikası, Asiya və Afrika/Avropa) əsasında qrup müzakirələrinin və bütün iştirakçıların iştirakı ilə keçiriləcək plenar iclaslarının baş tutması və sonda Simulyasiyanın yekun sənədinin razılaşdırılıb qəbul edilməsi gözlənilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678