Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü planlaşdırılıb – VİDEO

137 Baxış

Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli sammiti keçirilə bilər.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkmənistanda səfərdə olan Türkiyənin Xarici İşlər (XİN) naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdumuhammedov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəsinə dəvət edib. Bununla bağlı tarix müzakirə olunub və görüş iyun-iyul ayları üçün nəzərdə tutulub.

“Həmçinin həmin ziyarət zamanı Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü keçirilməsi planlaşdırılır. Bu sammitdə vacib sazişlər imzalanacaq. Dolayısı ilə münasibətlərimizin hüquqi bazasını daha da gücləndirəcəyik”, – deyə XİN rəhbəri əlavə edib.

#Canlı ?#Türkmenistan Dışişleri Bakanı Raşid Meredov ile Görüşme Sonrası Basını Bilgilendirme

?Aşkabathttps://t.co/6BU34uLVFh

— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) March 6, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678