Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə səfiri: “Ermənilərin işğal dövründə etdikləri insanlığa sığmayan hərəkətdir”

139 Baxış

“İşğaldan azad edilən ərazilərə gəldikcə Azərbaycanın qazandığı zəfərin böyüklüyünü və önəmini daha yaxından görürəm. Burada gördüklərimiz bizə göstərir ki, ermənilərin məqsədi bu torpaqlarda yaşamaq olmayıb. Onların məqəsdi bu torpaqlarda nə varsa hamısını yox etmək olub”.

“Report”un xəbərinə görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral martın 6-da Azərbaycandakı xarici diplomatlar və hərbi attaşelərlə birlikdə işğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən deyib.

“Bu, insanlıqdan kənar bir hərəkətdir. Torpaqların azad edilməsindən sonra buraların bərpası ilə bağlı Azərbaycanın görəcəyi işlər var. Bölgədə yeni dövrün başladığını artıq rahatlıqla görə bilirik”, – səfir bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678