Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentin azadlığa qovuşdurduğu məhbuslar – VİDEO

135 Baxış

Hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində məhbuslar əfv edildi.

Onları sevindirən, dəmir barmaqlıqlar arasından azad cəmiyyətə qovuşduran Prezident İlham Əliyevin milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdır. 

Millət vəkili Vüqar İskəndərov bildirib ki, illərdir dövlət başçısının fəaliyyəti ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənib:

“Prezidentin 2003-cü ildən bu günədək qəbul etdiyi hər bir qərarda, imzaladığı sərəncamlarda siyasi iradəsinin şahidi oluruq. Bu gün 625 nəfərin əfv edilməsi də dövlət başçısı İlham Əliyevin öz fəaliyyətində bu prinsiplərə əsaslandığını bir daha göstərdi”. 

Sərəncam təkcə müxtəlif cinayətlər törətmiş şəxsləri, əcnəbiləri və qadınları əhatə etmir. Sənədə əsasən bir neçə məhbusun cəzasının müddəti də azaldılıb, hətta ömürlük həbs edilmiş şəxslərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə ilə əvəzlənib. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində növbəti dəfə humanizm nümayiş etdirərək məhkumlara, onların ailələrinə, yaxınlarına və ümumiyyətlə, minlərlə insana sevinc bəxş etdi, ən böyük bayram hədiyyəsini verdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678