Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polad Bülbüloğlu Rusiya-Azərbaycan əlaqələrindən danışıb: “Qonşular arasında hər zaman problemlər ola bilər”

109 Baxış

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakı-Moskva əlaqələrini şərh edib.

Səfir APA-ya müsahibəsində deyib ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir. O, bir müddət əvvəl pomidor və almaların ixrac olunması ilə bağlı problemlər yarandığını da xatırladıb. 

“Onlar artıq həll olunub. Bir sözlə Rusiya ilə biz tam tərəfdaş kimi işləyirik. Gündəlik işlərimiz çoxdur. Təbii ki, qonşular arasında hər zaman problemlər ola bilər. Amma bu problemlərin hamısı həll olunan problemlərdir. İki ölkənin ticarət dövriyyəsindəki rəqəmlər artır. Azərbaycanla Rusiya arasındakı münasibətlərdə mən ciddi problem görmürəm”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, Rusiya bizim böyük qonşumuzdur: “Rusiya ilə sərhədimiz var. Bu regionda Rusiya ən böyük ölkədir. Rusiya ilə münasibətlərimizdə nə etmək lazımdır, buna cənab Prezident İlham Əliyev özü istiqamət verir”.

İki ölkə arasındakı gündəlik məsələlərə gəlincə, P.Bülbüloğlu qeyd edib ki, hər kəs öz vəzifəsində Rusiyanın önəmini başa düşməlidir:

“Təbii ki, bundan irəli gələn məsələləri həll etməlidir. Bu gün iki ölkə arasında böyük ticarət dövriyyəsi var. Azərbaycandan kənd təsərrüfatı malları əsasən Rusiyaya gəlir. Niyə görə Rusiya ilə münasibətlərimiz pis olmalıdır ki?”.

Səfir problemlərə də toxunub:

“Bəli, problemlər var. Hər bir qonşu arasında problemlər var. Hər bir ailədə də problemlər olur. Niyə görə biz hansısa mövcud problemləri həll etməməliyik? Ona görə də hesab edirəm ki, Rusiya ilə ciddi, işgüzar, tərəfdaş və dostluq əlaqələri hər zaman olub, var və bundan sonra da bu əlaqələr genişlənməlidir”. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678