Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ xronikası”nın 17-ci buraxılışı: Peqovun səriştəsizliyi və diletant mahiyyəti – VİDEO

112 Baxış

Rusiyalı bloqer Semyon Peqov erməni jurnalist Serob Ohanyana verdiyi müsahibədə Cənubi Qafqaz bölgəsindəki geosiyasi vəziyyət, həmçinin Hadrut və Şuşa uğrunda gedən döyüşlər barədə bir sıra açıqlamalarla çıxış edib.

Özünü Rusiya jurnalistikasının “fikir nəhəngi” kimi təqdim edən S.Peqov, əvvəlcə qeyd edib ki, Qarabağdakı müharibə Ermənistan və Qarabağa qarşı yönəlməmişdi.

Müsahibənin davamında o, 2020-ci ilin payızında Azərbaycan ərazisində gedən döyüşlərin guya İsrail və Türkiyənin layihəsi olduğunu və hərbi əməliyyatların İrana qarşı baş verəcək böyük bir müharibəyə hazırlıq kimi dəyərləndirib.

Bakı TV-nin hərbi müxbiri Fərdin İsazadə “Qarabağ Xronikası” proqramının 17-ci buraxılışında S.Peqovun səriştəsizliyini və diletant mahiyyətini göstərib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678