Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Komitə sədri: “Suriyadan qaytarılan vətəndaşlarla bağlı hərtərəfli araşdırma aparılmalıdır”

110 Baxış

“Pandemiyadan qabaq Azərbaycan cəmiyyətində aparılmış tədqiqatın nəticəsinə görə cihad adı ilə Suriya və İraqa gedənlərə haqq qazandıranlar arasında gənclər üstünlük təşkil edirdi”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ombudsmanın 2020-ci il üzrə illik hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, 18-29 yaş aralığında olan hər 100 gəncdən 30-u dindarların siyasi partiyalarda birləşməsini məqbul hesab edir.

“Bu rəqəmlərdən çıxış edərək Ombudsmanın illik məruzəsində Suriyada münaqişənin girovuna çevrilən vətəndaşların ölkəmizə qaytarılması ilə əlaqədar çağırışa ehtiyatlı yanaşma, hərtərəfli araşdırılma ilə qərar verilməsini zəruri hesab edirik”, – deyə Z.Oruc əlavə edib.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678