Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident İlham Əliyev Azərbaycan-Aİ münasibətlərindən danışıb

118 Baxış

“Münaqişə dövründə istər mənim, istərsə də siyasi dairələr tərəfindən Aİ-yə qarşı ciddi bir tənqid görmədim”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq məsələsinə münasibət bildirərkən deyib.

“Bəli, bir sıra Aİ ölkələrinə qarşı tənqidlər var idi. Onlar Aİ ölkəsi kimi deyil, ayrıca ölkə kimi davranırdılar. İndi Ermənistan Aİ-ni yardım göstərmədiyinə görə tənqid edir. Ancaq bu böyük bir sualdır – Aİ onlara necə kömək edə bilərdi?”, – Prezident deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən Aİ ilə yeni razılaşma ilə bağlı danışıqlar dayandırılıb.

“Ancaq mən artıq bildirmişəm ki, pandemiya bitən kimi və vəziyyət az-çox sabitləşən kimi, danışıqları bərpa edəcəyik. Sənədin böyük bir hissəsi artıq razılaşdırılıb, sazişin mətninin 7-8 faizini razılaşdırmaq qalır”, – dövlət başçısı deyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678