Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyəli nazir: “Məqsəd Azərbaycandan cəkiləcək dəmir yolunu Dilucu sərhədinə qədər uzatmaqdır”

107 Baxış

“Azərbaycan baş nazirinin müavini ilə Naxçıvandakı dəmir yolu xəttinin istifadə edilməsi barədə danışmışıq”.

Yenisafak.com xəbər verir ki, bu barədə açıqlamanı Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu verib.

Onun sözlərinə görə, əsas məqsəd Azərbaycandan Türkiyəyə gedəcək dəmir yolunu Dilucu sərhədinə qədər uzatmaqdır.

Türkiyəli nazir əlavə edib ki, Türkiyəyə Gürcüstan üzərindən deyil, Zəngəzur dəhlizi ilə getmək tələblərinə əsasən layihələrimizi davam etdiririk.

O, Türkiyəyə yolun Zəngəzur dəhlizi vasitəsilə daha sürətlə bərpasının vacibliyini vurğuladıqlarını bildirib.

Yol çəkilişinin davam etdiyini vurğulayan Karaismayıloğlu deyib ki, dəhliz boyu Rusiya qüvvələri eni beş km olan təhlükəsizlik yolu da ayırıblar və onun inşasına başlayıblar:

“Eyni zamanda, dəmir yolu layihəsi də həyata keçirilir. Azərbaycan bunu dekabr ayında etmək istəyir, amma avtomobil yolu bir az daha sürətli olacağına görə demişik ki, bu yolu bitirdikdən sonra dəmir yolunu planlaşdırarıq. Artıq avtomobil yolunun inşasına başlanılıb, o bitdikdən sonra dəmir yoluna keçiləcək”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678