Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Adil Əliyev Moldova Respublikası Parlamentinin sədri ilə görüşüb – FOTO

168 Baxış

Milli Məclisin sədrinin müavini Adil Əliyev MDB Parlament Assambleyasının (PA) müşahidəçilər qrupunun rəhbəri kimi noyabrın 1-də Moldova Respublikasında keçirilən prezident seçkilərini müşahidə etmək üçün bu ölkənin paytaxtı Kişinevda səfərdə olub.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Səfər çərçivəsində Milli Məclis Sədrinin müavini Adil Əliyev MDB PA-nın müşahidəçilər qrupunun rəhbəri kimi Moldova Respublikası Parlamentinin sədri xanım Zinaida Greçeani ilə görüşüb.

Görüş zamanı MDB Parlament Assambleyasının üzvü olan ölkələr üçün beynəlxalq müşahidə institutunun əhəmiyyəti, seçkilərin keçirilməsi və monitorinqinin qaydaları da daxil olmaqla bir çox məsələlər ətrafında müzakirələr aparılıb. Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Habelə, Adil Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə davam etdiyini, mülki Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən öldürülməsinə diqqət çəkərək, Bərdə və Gəncə şəhərlərində baş verən müharibə cinayətləri barədə danışıb. Ermənistanın humanitar hüququn normalarını kobud şəkildə pozduğunu, 1949-cu il tarixli Çenevrə Konvensiyasına zidd davranışlar etdiyini və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnaməni bu vaxta qədər icra etmədiyini bildirib.

Görüşdə Milli Məclisin deputatları Rüfət Quliyev, Sabir Hacıyev və ölkəmizin Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Səfər zamanı Milli Məclis Sədrinin müavini Adil Əliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Moldovanın Qaqauziya muxtar ərazisində seçki məntəqələrində olmub, seçki prosesinin gedişini izləmib, Qaqauziya rəhbəri İrina Vlax və Qaqauziya Xalq Məclisinin sədri Vladimir Kıssa ilə görüşlər keçirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678