Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan Gənclər Fondu Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

128 Baxış

Azərbaycan Gənclər Fondu Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir:

“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Görkəmli dövlət xadimi, gənclərin dostu Azad Rəhimov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Azad müəllimin Azərbaycanda gənclər siyasətinə verdiyi töhfələr, gənclər təşkilatları və gənclərlə qurduğu səmimi münasibət hər birimizin xatirəsində əbədi yaşayacaq.

O, Azərbaycan Respublikasının Gənclər Fondunun yaradılması da daxil olmaqla dövlət başçısının gənclər sahəsində bir çox innovativ layihələrinin formalaşmasında və təşəkkül tapmasında mühüm rol oynayıb, hər zaman gənclərə olan səmimiyyəti və qayğıkeşliyi ilə seçilib. 

Fəaliyyətimizdə hər zaman Azad müəllimin yaxından dəstəyini hiss etmiş, gənclər tərəfindən irəli sürülən təşəbbüslərin onun tərəfindən necə həssaslıq və diqqətlə dəyərləndirilməsinin dəfələrlə şahidi olmuşuq. 

Nazir vəzifəsində çalışdığı bütün dövr ərzində hər bir Azərbaycan gəncinin yanında olmağa, onun qayğılarını bölüşməyə, yaradıcılıq potensialının reallaşdırılmasında gənclərə yardımçı olmağa səy göstərən, bunu yalnız vəzifə deyil, həm də insanlıq borcu hesab edən Azad Rəhimov yaddaşlarda əsil ziyalı, görkəmli dövlət xadimi, xalqına və dövlətinə sonsuz sədaqəti ilə seçilən vətəndaş kimi yaşayacaq. 
 
Azərbaycan Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera mərkəzləri adından Azad müəllimə Allahdan rəhmət, yaxınlarına və ailəsinə səbr diləyirik!”


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678