Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ramil Usubov 10 noyabr bəyanatından DANIŞDI: “Bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir”

110 Baxış

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov 10 noyabr bəyanatının icrasından danışıb.

R.Usubov “Azərbaycan” qəzetinə müsahibəsində deyib ki, bütün proses nəyi, necə və nə vaxt edəcəyini dəqiq bilən prezidentin nəzarəti altındadır.

O bəyanatın imzalanmasından artıq 6 ay ötdüyünü deyib və bildirib ki, bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir:

“Prezidentimizin azad edilmiş ərazilərdəki davamlı təhlükəsizliyin təmini ilə bağlı müəyyənləşdirdiyi fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır”, – deyə R.Usubov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır.

“Azərbaycan, Rusiya, Türkiyə prezidentləri arasında bu məsələ ilə bağlı mövcud olan operativ və səmərəli əməkdaşlıq formatı Ağdamdakı monitorinq mərkəzinin fəaliyyətində də davam edir. Lakin görüləcək işlər çoxdur. Vətəndaşlarımız, eləcə də bu vəziyyətə həssaslıqla yanaşan xarici ölkə ictimaiyyəti də tam əmin olsunlar ki, İlham Əliyevin dəmir yumruğu, qətiyyəti bu prosesdə də özünü göstərir. Azərbaycanın milli maraqlarının bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678