Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səfir: “Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq qarşıdakı dövrdə daha da inkişaf edəcək”

106 Baxış

“Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq müxtəlif sahələri, sektorları əhatə edir və çox dərindir. Hərbi əməkdaşlıq da bunlardan biridir. Bu çərçivədə münasibətlər yalnız birgə hərbi təlimlərlə məhdudlaşmır”.

Bunu “Report”a eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı yeni fövqələdə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

“Hərbi sahədə əlaqələr birgə təlimlərdən müdafiə sistemlərinin istehsalına qədər bir çox sahəni əhatə etməkdədir. Bu əməkdaşlıq həm də strateji əhəmiyyətə malikdir.

Əməkdaşlığımızın qarşıdakı dövrdə daha da inkişaf edəcəyini və dərinləşəcəyini söyləmək yanlış olmaz”, – diplomat bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678