Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sultan Akimbekov: “KTMT və onun üzvü olan hər bir dövlətin səmimi münasibətlərini ayırmaq lazımdır”

132 Baxış

Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası zamanı Azərbaycanla Ermənistan arasındakı sərhəddəki vəziyyət müzakirə olunub.

Bu məsələ erməni tərəfinin təşəbbüsü ilə qaldırılıb və onun məyus olması ilə nəticələnib.

KTMT Katibliyi (bu ittifaqa Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir) təşkilatın baş katibi Stanislav Zasın sözlərindən sitat gətirən bir açıqlama yayıb. Belarus generalı faktiki olaraq Rusiyanın mövqeyini təsdiqləyib.

Açıqlamada bildirilib ki, KTMT vəziyyətin inkişafını həyəcanla və diqqətlə izləyir, eyni zamanda “Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan tərəfləri arasında başlayan danışıqları” alqışlayır.

Bundan əlavə, Stanislav Zasın sözlərinə görə, KTMT “10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın həyata keçirilməsinə alternativ olmadığını” qeyd edir.

Bu isə o deməkdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana hər hansı bir hərbi yardımından söhbət gedə bilməz.

Bunu tanınmış qazaxıstanlı politoloq, tarixçi və şərqşünas, Qazaxıstan Respublikasının Birinci Prezidentinin Fondu yanında Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun keçmiş direktoru Sultan Akimbekov Caliber.Az-a verdiyi müsahibədə bir daha təsdiq edib.

O, bildirib ki, KTMT hər zaman dəqiq bir mövqe tutur, təşkilatı bu və ya digər formada cəlb etmək istədikləri münaqişələrlə bağlı heç bir sərt addım atmır.

“KTMT əsasən çox spesifik xarakterli problemlər, məsələn, Əfqanıstan problemi ilə bağlı cənub sərhədlərinin qorunması üçün yaradılıb. İndi sözsüz ki, bütün məsələlər genişləndirilmiş formatda şərh olunsa da, ümumi yanaşma əvvəlki kimi qalır.

KTMT, onun təhlükəsizlik sahəsindəki anlaşılan siyasi prioritetlərini və təşkilatın üzvü olan hər bir dövlətin səmimi münasibətlərini ayırmaq lazımdır. Məsələn, NATO-da da vəziyyət eynidir. Şimali Atlantika İttifaqının öz siyasi gündəmi, ancaq NATO ölkələrinin də öz mövqeləri var”, – deyə politoloq qeyd edib.

Ekspert əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan sərhədində ciddi kəskinləşmə müşahidə olunmur. Odur ki, KTMT ölkələri Rusiyanın mövqeyini dəstəkləyirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678