Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanı beynəlxalq arenada tanıdan rəssam Tahir Salahov – FOTO

108 Baxış

Tahir Salahovla ilk tanişlığım 1991-ci ilin may ayında Moskva şəhərində SSRİ Rəssamlar İttifaqının binasında birinci katib işlədiyi  zamana təsadüf etdi.

Tanışlığımıza səbəbkarlar Azərbaycanın Xalq Rəssamı Elbəy Rzaquliyev, əməkdar rəssam Nazim Babayev və bu gün də Almaniyada yaşayan soydaşımız Marqarita Kərimova-Sokolovanın Almaniyaya sərgiyə yola düşmək ərəfəsində oldu. Tahir Salahov hələ SSRİ dönəmində Azərbaycan Rəssamlarını müxtəlif mədəni tədbirlərdə və sərgilərdə iştirak etmələrinə dəstək olaraq demək olar ki, lobbiçilik siyasətini həyata keçirirdi.

Görkəmli rəssamla növbəti görüşüm Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuş  2001-ci ildə Dünya Azərbaycanlılarının 1-ci qurultayında oldu. Qurultay zamanı Tahir Salahovun soydaşlarımızla keçirdiyi görüşlər və verdiyi tövsiyyələr diasporanın inkişafında önəm daşıyırdı.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678