Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Londonda Respublika Gününə aid lövhələr quraşdırılıb – FOTO

186 Baxış

İngiltərənin paytaxtı London şəhərində 28 may – Respublika Gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata əsasən, lövhələrdə 28 may tarixinin Azərbaycanın Respublika Günü kimi qeyd edildiyinə, ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib.

Lövhələrdə məlumatlar Azərbaycanın paytaxtı Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda yerləşdirilib.

Lövhənin qarşısından soydaşlarımıza müraciət edən diaspor fəalları Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər və “Yaşasın, Azərbaycan!” şüarını səsləndiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678