Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyalı ekspert: “Makron başqa ölkələrin lobbiçiliyini qırağa qoymalıdır”

105 Baxış

“Paşinyan Ermənistan üçün açıq-aşkar və birtərəfli lobbiçiliklə məşğul olan prezident Makrondan dəstək almaq üçün Fransaya getdi. Makron Paşinyanın seçki kampaniyası üçün oynayaraq siyasi gerçəklikdən uzaq, onun və bütövlükdə Ermənistanın mövqeyini dəstəkləyən açıqlamalar verir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

Ekspertin fikrincə, Nikol Paşinyanı qarşıladıqları şüarları nəzərə alsaq, Fransadakı erməni diasporunun ona rəğbət bəslədiyini söyləmək çətindir.

Ümumilikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Cənubi Qafqazdakı vəziyyətin həllinə konstruktiv töhfə vermədiyi diqqətə çatdırılıb: “Ermənistana rəğbətini ifadə edən Fransa ATƏT-in Minsk Qrupu həmsədri kimi öhdəliklərini pozur. Yəni bu cür qırmızı-qırmızı lobbiçilik etmək həmin təşkilatın qarşıya qoyduğu məqsədlərlə bir araya sığmadığı üçün onlar gərək oranı tərk etsinlər. Makron ayrı-ayrı ölkələrin lobbiçiliyini bir qırağa qoyub Fransa prezidenti kimi davranmalıdır. Fransa çoxdandır simasını itirib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678