Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aleksandr Sıtin: “Ermənilər mifsiz və ah-naləsiz yaşaya bilmirlər”

154 Baxış

Azərbaycanın işğal olunmuş ərazilərində müharibə, demək olar ki, ay yarımdır davam edir. Ermənistanın böyük hərbi itkiləri var. Ancaq İrəvanın hələlik hərbi-siyasi tənzimləməyə razı olmaq və qoşunların geri çəkilməsi üçün cədvəl təqdim etmək istəyi yoxdur.

Şimali və Şərqi Avropa Ölkələri Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, tarix elmlər doktoru Aleksandr Sıtin Media.Az-a verdiyi açıqlamada bununla bağlı şərh verib.

O, ilk olaraq müharibə ilə bağlı heç bir siyasi həll olmayacağını və Ermənistanın sona qədər öz dediyində duracağını deyib. Ekspert, həmçinin, erməni diasporunun İrəvanı maliyyə ilə fəal şəkildə dəstəklədiyini də vurğulayıb:

“Aydındır ki, belə bir dəstək olmasaydı, Ermənistan, sadəcə, döyüşə bilməzdi”, – deyə o qeyd edib.

Qarabağa gəlincə, müsahib bu ərazinin onların əsas milli identifikasiya və mifologiyasının (hansı ki, elə erməni xalqının əsasını təşkil edir) tərkib hissəsi olduğunu deyib.

“Qarabağın Azərbaycanın tərkibinə qaytarılması 100 ildən çoxdur ki, 1915-ci il hadisələri ilə əlaqədar davam edən ah-zarlarının eynisinə səbəb olacaq. Bütün bunlar “soyqırımı” (dirnaq işarəsi bizimdir – red.) hekayəsindəki kimi anında miflərə bürünəcək. Onlar bunsuz yaşaya bilməzlər”, – deyə Aleksandr Sıtin vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678