Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycana yeni təyin edilmiş səfirlər işğaldan azad olunmuş ərazilərə gedəcək

127 Baxış

“Müharibədən sonra regionda yeni reallıq, yeni vəziyyət yaranıb və Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesinə dərhal başladı. Siz işğaldan azad olunmuş əraziləri ziyarət edəcəksiniz, şəhərlərimizin, kəndlərimizin, tarixi və dini yerlərimizin tamamilə dağıdıldığını özünüz görəcəksiniz”. 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən bildirib.

“Vandalizm və barbarlıq – işğal illəri ərzində Ermənistan dövlətinin torpaqlarımızda etdiklərini göstərmək üçün bu iki sözdən istifadə etmək olar. Biz indi böyük bir çağırışla üzləşmişik. Biz məcburi köçkünləri qaytarmalıyıq, biz yüz minlərlə azərbaycanlını geriyə qaytarmalıyıq, lakin minalara görə bu gün bunu etmək mümkün deyil. Ermənilər tərəfindən yüz minlərlə mina basdırılmışdır və müharibə dayanandan sonrakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın bizə mina xəritələrini vermədiyinə görə qətlə yetirilib və ya yaralanıb”, – deyə Prezident bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678