Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Qarabağda 30 illik bir keçikmə ilə də olsa, ədalət öz yerini tapdı”

112 Baxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşdən sonra mətbuata açıqlamalar verib.

“TRT Haber”in məlumatına görə, dövlət başçısı pandemiyanın dünya düzəninə təsirindən, eləcə də ölkəsinin terrora qarşı mübarizəsindən danışıb. Ərdoğan terror təşkilatlarının müttəfiq ölkələrin silahları ilə silahlandırılmasına görə təəssüf etdiyini nəzərə çatdırıb.

Türkiyə prezidenti Qarabağ məsələsindən də yan keçməyib və gec də olsa ədalətin öz yerini tapdığını qeyd edib.

“Qarabağda 30 illik bir keçikmə ilə də olsa, ədalət öz yerini tapdı və bölgədə umidlər yeridən baş qaldırdı. Savaşın yerini barışın, gərginliyin yerini əmin-amanlığın, qeyri-sabitliyin yerini qalıcı bir sülhün ala biləcəyi dövrün qapıları aralandı”, – deyə Ərdoğan bəyan edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678