Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsini istisna etməyib

122 Baxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsini mümkün sayır.

NTV xəbər verir ki, dövlət başçısı bunu Azərbaycan səfərindən qayıdarkən təyyarədə media nümayəndələrinə verdiyi açıqlamada bildirib.

Jurnalistlərdən biri Şuşa bəyannaməsində hərbi bazanın yaradılmasının nəzərdə tutulması ilə bağlı R.T.Ərdoğana sual ünvanlayıb.

“İndi bu, açıqladığımız maddələrin xaricində deyil. Burada daha sonra artım, genişlənmə ola bilər. Hələlik, daha vacib olanı sərhədlərin təminat altına alınmasıdır.

Burada, xüsusən də hörmətli İlham Əliyevin Putinlə görüşləri, bizim görüşlərimiz prosesləri fərqli məcraya yönəldə bilər”, – deyə Türkiyə prezidenti cavab verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678