Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan seçkilərdən sonra: Paşinyan razılaşmaları yerinə yetirməyə borcludur – ŞƏRH

123 Baxış

“Sənədin altında Paşinyanın imzası var və o sənədin yerinə yetirilməsinin əsas qarantıdır (Ermənistan tərəfdən – red.). Ermənistanın yeni rəhbərinin hipotetik olaraq müqavilələri yerinə yetirməkdən imtina edəcəyi bir vəziyyət heç kimi razı salmazdı”.

Bu sözləri Caliber.Az-a müsahibəsində Ermənistandakı seçkilərin nəticələrini qiymətləndirən “İzbork klubu”nun üzvü, Geosiyasi Ekspertiza Mərkəzinin direktoru, Beynəlxalq Avrasiya Hərəkatı rəhbərinin müavini Valeri Korovin bildirib.

“Paşinyanın sərt çərçivəyə salındığı aydındır: daxildən əhalinin, xaricdən isə Qərbin təzyiqi altındadır. Onun üçün yeganə fürsət pəncərəsi Rusiya istiqamətindədir, hansı ki nəqliyyat dəhlizlərinin inkişafında və 44 günlük müharibənin nəticələrinə əsasən imzalanan müqavilənin bəndlərinin həyata keçirilməsində maraqlıdır. Paşinyanın infrastruktur layihələri və nəqliyyat dəhlizləri ilə bağlı razılaşmaları yerinə yetirməkdən başqa yolu yoxdur”, – deyə o bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678