Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Satınalan təşkilatların NƏZƏRİNƏ: Altı min manatadək cərimələnə bilərsiniz

133 Baxış

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklikləri təsdiq edib.

Bununla bağlı prezident.az məlumat yayıb. 

Bundan başqa dövlət başçısı həmin qanunda dəyişikliklərin icrası ilə bağlı fərman imzalayıb

Eyni zamanda həmin qanunda dəyişikliklə əlaqədar Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində də dəyişikliyi təsdiqləyib

Həmin dəyişikliyə əsasən, satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına, yəni satınalma müqaviləsi üzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada, məbləğdə və müddətdə həyata keçirilməməsinə, o cümlədən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra ödənilməli məbləğin satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilməməsinə, habelə ödənişin gecikdirilməsinə görə satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinə görə vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678