Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Heydər Əliyev adına AAHM-də növbəti buraxılış mərasimi keçirilib – FOTO

135 Baxış

İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 2021-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Azərbaycanın dövlət himni səsləndirilib, məktəbin döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov çıxış edərək əlamətdar gün münasibətilə məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, gənc zabitlərə xidmətdə uğurlar arzulayıb.

General-leytenant N.Osmanov çıxışında son illərdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsindən, hərbi məktəbin zabit və kursantlarının Vətən müharibəsində iştirakından danışıb. O, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin zəfərlə başa çatdığını və torpaqlarımızın işğaldan azad edildiyini bir daha xüsusi vurğulayıb.

Təntənəli mərasimdə Vətən müharibəsində iştirak etmiş zabit və kursantlara, eləcə də şəhid hərbi qulluqçuların ailə üzvlərinə orden və medallar təqdim olunub.

Sonra Azərbaycan Ali Hərbi Məktəbini fərqlənmə ilə bitirənlərə diplomlar və hədiyyələr verilib.
Hərbi məktəbin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirildikdən sonra yaş kötüyünə simvollar vurulub.

Hərbi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edildikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Buraxılış mərasimi bitdikdən sonra, hərbi məktəbin şəxsi heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678