Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mehriban Əliyevadan Musa Yaqubla bağlı TAPŞIRIQ

128 Baxış

Heydər Əliyev Fondu Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fonduna tapşırıq verib.

Bu barədə məlumatı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov saytımıza təsdiqləyib.

O bildirib ki, artıq Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb.

Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə vəfat edib.

O, həmin kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678